Artıq qəbul imtahanları yekunlaşıb, önümüzdəki həftələrdə abituriyentlərin ixtisas seçimləri başlayacaq. Bu il ixtisas seçimində ilk dəfə abituriyenlər Qarabağ Universitetini də seçə biləcək. Universitetdə onlarla ixtisas mövcuddur.
Modern.az-ın məlumatına görə, qəbul imtahanlarında yüksək bal toplayan bir çox abituriyent ixtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada seçməyi düşünür.
612 bal toplayan Aygün Hüseynova saytımıza açıqlamasında bildirib ki, Qarabağ Universitetindəki güzəşt və təkliflərdən yararlanmaq istədiyi üçün bu seçimi edib:
"Məncə, Qarabağ Universitetinə qəbu olmaq şansım 100%-dir. Düşünürəm ki, burada bizi əyləncəli, faydalı tələbəlik illəri gözləyir. Bu universitetlə bağlı qərarımı Şahin Bayramov rayonumuzda çıxış edəndə zaman qərar verdim. Fikrimcə Qarabağ Universiteti hamı üçün maraqlıdır".
632 bal toplayan Məhəmməd Həsənov isə qeyd edir ki, həm şəhidlərimizə hörmət əlaməti olaraq, həm də o torpaqları qurub-yaratmaq üçün bu seçimi edib:
“Düşünürəm ki, Qarabağ Universitetində ən müasir təhsil kompleksi yaradılacaq. Yüksək bal topladığım üçün bu universitetdə təhsil almaq şansımın çox olduğunu düşünürəm. Təhsilimi gələcəkdə də Azərbaycanda davam etdirmək niyyətindəyəm. Elə Qarabağda yaşayıb, burada da davam edəcəyəm".
622 bal toplayan və Qarabağ Universitetində təhsil almaq istəyən Ramiq Hüseynov isə deyir ki, Qarabağ Universiteti deyən zaman ilk öncə oradakı şanslar yada düşür, bu da oranı seçmək üçün kifayətdir:
“Bizim getməyimiz gələcək abituriyentlərin də qərarında mühüm rol oynayacaq. Məncə, universitetə bu il də marq çox olacaq".
Qeyd edək ki, Qarabağ Universitetində pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.
2024/2025-ci tədris ilində bu ali təhsil müəssisəsində bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:
Pedaqoji fakültə
Riyaziyyat müəllimliyi
İbtidai sinif müəllimliyi
Xarici dil müəllimliyi
Azərbaycan dili və ədəbiyyat müəllimliyi
İqtisadiyyat fakültəsi
Beynəlxalq ticarət və logistika
İqtisadiyyat
Maliyyə
Menecment
Mühasibat
Dövlət və bələdiyyə idarəetməsi
Humanitar və sosial elmlər fakültəsi
Beynəlxalq münasibətlər
Hüquqşünaslıq
Tarix
Psixologiya
Mühəndislik fakültəsi
Elektrik və elektronika mühəndisliyi
İnşaat mühəndisliyi
Kompüter mühəndisliyi
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Mexatronika və robototexnika mühəndisliyi
İncəsənət fakültəsi
Musiqi müəllimliyi (fortepiano, violin (skripka), klarnet, saksafon, tar, kamança, saz, qanun, nağara, balaban, qarmon)
Dekorativ-tətbiqi sənət (bədii toxuculuq, bədii keramika)
Dizayn (interyer dizayn, qrafik dizayn, geyim dizaynı)
İnstrumental ifaçılıq (tar, kamança, saz, qanun, qarmon, nağara, balaban, fortepiano, violin (skripka), klarnet)
Vokal sənəti (xanəndəlik, milli vokal)
Turizm fakültəsi
Turizm işinin təşkili

