Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Dövlət katibi Marko Rubio Kuba ilə bağlı problemləri həll etməyin yollarını tapacaq.
Tramp bu barədə Ağ Evdə ispan əsilli amerikalıları şərəfləndirmə tədbirində bildirib.
O deyib: "Onun Kubaya nə etdiyini diqqətlə izləyin". Tramp Rubionun planları barədə ətraflı məlumat verməyib.
ABŞ son aylarda Kubaya qarşı sanksiya təzyiqini artıraraq ölkəni siyasi və iqtisadi islahatlar aparmağa məcbur etməyə çalışır.