Bakı. Trend:
Kosta-Rika sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Santa-Krus şəhərindən 110 kilometr cənub-qərbdə yerləşib. Təkanları ocağı 15 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.