Bakı. Trend:
ABŞ yaxın vaxtlarda İrana zərbələr endirməyi bərpa edib-etməyəcəyinə, yoxsa Tehranla razılaşma əldə edəcəyinə qərar verəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
“Bəlkə də onları bombalayacağıq. Bu qərarı verməliyik. Onları bombalayacağıq [yaxud] razılaşma əldə edəcəyik. Lakin vaxt azalır. Bu və ya digər şəkildə hər şey çox tezliklə başa çatacaq”, – deyə D. Tramp Vaşinqtonun Tehranla necə danışıqlar aparacağını sualına cavabında bildirib.