Bakı. Trend:
ABŞ-ın Hörmüz boğazına nəzarəti ilə bağlı vəziyyət dəyişə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Hazırda Hörmüz boğazından böyük miqdarda neft keçir. Biz ona nəzarət edirik. Həqiqətən də, ona nəzarət edirik. Bizim tam nəzarətimiz var. Lakin hesab edirəm ki, vəziyyət hər zaman dəyişə bilər”, – deyə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Son iki gün ərzində boğazdan tarixdə heç vaxt olmadığı qədər çox neft keçib”, – deyə ABŞ prezidenti əlavə edib.