Bakı. Trend:
Kamçatkanın şərq sahillərində, Sakit okean akvatoriyasında bir neçə dəqiqəlik fasilə ilə ən güclüsü 5,6 maqnitudada olmaqla üç zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ regional paytaxtda və Vilyuçinsk şəhərində 3,0 bal gücündə hiss olunub.
Sunami xəbərdarlığı verilməyib.