Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133 %-ni təşkil edir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 9:00-a olan məlumatında qeyd olunub.
Bidirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəran, Şamaxıda 10, Xaltan, Tərtər, Lerikdə 9, Zərdabda 8, Lerik, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ, Şabranda 1 mm-dək olub.
Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək 8-13 m/s-yə çatıb.