UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri bu gündən - iyulun 19-u saat 11:00-dan etibarən satışa çıxarılır.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.