Ermənistanda hökumətin yüksək rütbəli məmurlarının eyni vaxtda uzunmüddətli məzuniyyətə getməyə qərar verməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, baş nazir Nikol Paşinyan iyulun 15-dən məzuniyyətə çıxıb və avqustun 10-dək istirahəte dəcək. məzuniyyətdədir. Amma Paşinyan bu arada Londonda keçiriləcək Avropa Siyasi Birliyinin 4-cü Sammitində iştirak edəcək, daha sonra Tavuş və Armavirə səfər edəcək. Paşinyanın bu il Böyük Britaniyada, daha dəqiq Şotlandiyada istirahət etmək qərarına gəldiyi bildirilir. Parlamentin sədri Alen Simonyan iyulun 16-dan avqustun 5-dək - 20 günlüyə məzuniyyətə çıxıb. Onu iyulun 16-22-də vitse-prezident Ruben Rubinyan, iyulun 23-dən avqustun 5-dək isə digər vitse-prezident Akop Arşakyan əvəz edəcək. Baş nazirin müavini Mher Qriqoryan 9 günlüyə məzuniyyətə çıxıb. Xarici işlər naziri Ararat Mirzoyan da iyulun 22-dək məzuniyyətdə olacaq.