Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.
Son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 16:30-da start götürəcək.
Hazırda Şamaxı təmsilçisi 6 xalla 7-ci, Naxçıvan klubu 2 xalla 11-ci pillədə qərarlaşıb.
Turun bağlanış matçı isə Gəncə şəhər stadionunda “Kəpəz” və “Sumqayıt” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.
Altı xalı olan “sarı-göylər” turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Cəmi 1 xalı olan “Sumqayıt” isə sonuncu – 12-cidir.