Bakı. Trend:
Misli Premyer Liqasının 6-cı turunda daha iki görüş baş tutacaq.
Oyun cədvəlinə əsasən, günün ilk matçında "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Şamaxı" 6 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 2 xala malik "Araz-Naxçıvan" isə on birincidir.
Günün son matçında isə "Sumqayıt" səfərdə "Kəpəz"ın qonağı olacaq.
"Kəpəz" 6 xalla altıncı yerdədir. Bir xalı olan "Sumqayıt" isə sonuncu - 12-cidir.
20 sentyabr
Misli Premyer Liqası
I dövrə, VI tur
16:30. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Şamaxı şəhər stadionu".
19:00. "Kəpəz" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Gəncə şəhər stadionu".