Bakı. Trend:
Kolumbiyanın Tolima bölgəsində meşə yanğınları ən azı 50 min hektar əraziyə ziyan vurub.
Yerli KİV-in verdiyi məlumata görə, ziyan dəymiş ərazinin 28 min hektarını kənd təsərrüfatı və heyvandarlıq sahələri təşkil edir.
Prezident Abelardo de la Espriella bildirib ki, 2660 istehsalçı zərər çəkib, təxmin edilən iqtisadi itki 134 milyard peso təşkil edir, 163 min heyvan isə yem və su çatışmazlığı səbəbindən risk altındadır.
O, yanğınların bir qisminin cinayətkar qruplar tərəfindən qəsdən törədildiyini deyib və məsul şəxslərin yaxalanmasına kömək edəcək məlumat üçün hər biri barədə 50 milyon pesoyadək (16 min dollar) mükafat veriləcəyini açıqlayıb.
Hakimiyyət Tolimada ekoloji fövqəladə vəziyyət elan edib və bölgənin bərpası üçün xüsusi plan hazırlayacaq.