Bakı. Trend:
Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
Əlavə olunub ki, toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.
Qeyd edək ki, Ziya Muradov "Qanun" nəşriyyatının tərcüməçisi olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, o, avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.