Bakı. Trend:
Füzuli və Qəbələ rayonlarında yerləşən 2 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərracda Füzuli rayonunda yerləşən 38,7 hektar sahəsi olan “Arayatlı” qum-çınqıl yatağı və Qəbələ rayonunda yerləşən 27,5 hektarlıq “Bumçay” qum-çınqıl yatağı istifadəyə verilib.
Hərracın yekun qiyməti, qalibləri və digər məlumatlarla Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.