Azərbaycanda "Azparking" xidmətindən istifadə edən sürücülər maraqlı və bir o qədər də absurd hesab edilən problemlə üz-üzə qalıblar. Belə ki, vətəndaş parklanma üçün lazımi vəsaiti ödəsə də, müəyyən müddət sonra heç bir qaydanı pozmadığı halda cərimə tətbiq edilir. Bu hal daha çox avtomobilini uzunmüddətli - 24 saatlıq parklanma müddətinin tamam olmasından sonra müşahidə edilir.
Modern.az sürücüləri narahat edən mövzu ilə bağlı "Azparking" xidmətinin idarəçiliyini həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb. Qurum faktı təsdiqləyərək cərimələrin yanama səbəbi olaraq xidmətin mobil tətbiqinin iş prinsipini əsas göstərib.