Bakı. Trend:
İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn Fransanın “France Football” jurnalının versiyasına görə 2025/26 mövsümünün dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi Londonda keçirilib.
Ötən mövsüm Keyn “Bavariya”nın heyətində keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib. O, klubla birlikdə Almaniya çempionu olub və ölkə kubokunu qazanıb.
Hücumçu Almaniya çempionatının ən məhsuldar futbolçuları siyahısına başçılıq edib, həmçinin Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv ölkələrin milli çempionatlarında ən çox qol vuran futbolçuya təqdim edilən “Qızıl buts” mükafatını qazanıb.
Keyn İngiltərə millisi ilə dünya çempionatında bürünc medal qazanıb. Hücumçu yeddi oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib.