Bakı. Trend:
Fransa hökuməti hakimiyyətin müvafiq tələblərindən sonra üsyana və zorakılığa çağırışlar olan paylaşımları silməyən sosial şəbəkələri bloklamaq niyyətindədir.
Bu barədə “Le Figaro” qəzeti parlamentə təqdim edilmiş, iğtişaşların qarşısının alınmasına dair qanun layihəsinə təklif olunan düzəlişə istinadən məlumat yayıb.
Təşəbbüsə əsasən, internet platformaları terror aktlarına, üsyana və ya dövlətə, eləcə də əhalinin ayrı-ayrı qruplarına qarşı silahlı mübarizəyə çağırışlar ehtiva edən materialları bir saat ərzində silməyə borclu olacaqlar.
Tələblər yerinə yetirilmədiyi təqdirdə, hakimiyyət orqanları sosial şəbəkələrin bloklanmasına və ya onların axtarış nəticələrindən çıxarılmasına nail ola biləcəklər.
Təşəbbüs 17 oktyabr etirazları ilə müşayiət olunan kütləvi iğtişaşlardan sonra irəli sürülüb. Oktyabrın 26-da Fransa prezidenti Emmanuel Makron Marselə səfəri zamanı sosial mediadan hərəkətləri əlaqələndirmək və iştirakçıları hücumlar və talanlar baş verən yerlərdə toplamaq üçün istifadə edildiyini bildirib.