Bakı. Trend:
Suriya İordaniya ilə sərhəddə yerləşən “Nasib” keçid məntəqəsində sərnişin və yükdaşımalarını müvəqqəti dayandırıb.
Bu barədə Suriyanın Sərhəd və Gömrük Nəzarəti Baş İdarəsi məlumat yayıb.
Qərarın Dəraa əyalətindəki vəziyyətlə əlaqədar qəbul edildiyi və sərnişinlərlə sərhəd əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəldiyi bildirilib.
Bundan əvvəl Suriyanın Xarici İşlər Nazirliyi İordaniyanın əvvəlcədən razılaşdırılmadan ölkə ərazisində əməliyyatlar keçirməsinə etiraz edib. Nazirlik İordaniya Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində Dəraa əyalətində insanların həlak olması və yaralanmasından təəssüf hissi keçirdiyini açıqlayıb.