“Aşura günü İmam Hüseyn və tərəfdarları haqq, ədalət yolunda mübarizədə həlak olublar”.
Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkilinin sözlərinə görə, insanlar bunu uzun əsrlərdir ki, qeyd edirlər. Azərbaycanda da bu gün qanvermə aksiyası keçirilir və insanlar qan verirlər. Bu yolla da ehtiyacı olan şəxslərə qan verərək savab iş görmüş oluruq.
“İran və Türkiyədə də bu gün qan vermə aksiyası keçirilir. Əvvələr insanlar başlarını yarırdılar ki, qan çıxarsınlar. Amma bu gün insanlar qanvermə aksiyası yolu ilə bunu edirlər və verilən qanlar xəstələrin şəfa tapmasına kömək edir".
Q.Həsənquliyev bildirib ki, dinimizdən namərdcəsinə sui-istifadə edən və dinimizi istismar etmək istəyən qruplar da var. Bu, bütün dünyada var. Amma Qafqaz Müsəlmanları İdarəsi, təhlükəsizlik xidmətləri bu istiqamətdə müəyyən işlər görür. Din də insanların mənəvi təlabatını ödəməsi üçün bir vasitədir. Bu baxımdan Azərbaycanda görülən işlər çox uğurludur. Azərbaycan dünya qarşısında nümunəvi işlər yaradıb və qanvermə aksiyası da bu işlərdən biridir.
Mədinə Zaur / Metbuat.az