Bakı. Trend:
Donald Tramp çərşənbə axşamı bildirib ki, rusiyalı həmkarı Vladimir Putindən Rusiyada saxlanılan ABŞ vətəndaşı Stiven Habardın azad edilməsini istəyib. O, bununla bağlı məsələnin həllinin yaxın zamanda mümkün ola biləcəyinə işarə edib.
ABŞ prezidenti deyib: «Prezident Putinlə cənab Habard haqqında danışdım. Bu barədə onunla uzun-uzadı söhbət etdim. Ondan Habardı azad etməsini xahiş etdim». O, əlavə edib: «Cənab Habardı geri qaytarmağın vaxtıdır».