Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etmə ilə bağlı hər hansı plandan imtina etdiyinə əmin olduğunu bildirib.
“İran, bildiyiniz kimi, nüvə silahı ilə bağlı demək olar ki, bütün planlarından imtina edib”, – deyə ABŞ lideri Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp əlavə edib ki, onun “İranla bağlı qərar qəbul etməsi” qarşıda durur, lakin bununla bağlı təfərrüat açıqlamayıb. O, “İranın darmadağın edildiyini” iddia edib və İslam Respublikası ilə münaqişənin “yaxşı və ya pis şəkildə” başa çata biləcəyinə əminliyini ifadə edib.
İran hakimiyyəti daha əvvəl dəfələrlə nüvə silahı əldə etməyə çalışmadığını bəyan edib.