Bakı. Trend:
İran hakimiyyəti ABŞ-ın iqtisadi təzyiqlərinə tab gətirmək üçün bir sıra tədbirlər görüb.
Bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.
“Hökumət bu xüsusi vəziyyətə cavab vermək üçün yeni addımlar atıb. Son aylarda düşmənlərimiz ölkəmizin əsas damarlarını kəsməyə çalışıblar”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İrana qarşı iqtisadi təzyiq həqiqətən də güclənib. “Lakin biz (...) düşmənin iqtisadi müharibəsinin məqsədlərinə çatmasına imkan verməmişik”, – deyə Pezeşkian əlavə edib.