Bakı. Trend:
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes Qayana-Esskibonun mənsubiyyəti ilə bağlı uzun illərdir davam edən ərazi mübahisəsinin həlli üçün Qayananı danışıqlara çağırıb.
Bu barədə Delsi Rodriqes "Telegram" kanalında yazıb.
“[Ərazi mübahisəsinin] istənilən effektiv həlli hər iki ölkə arasında danışıqların nəticəsi olmalıdır. Hüquqlarımızı müdafiə edərkən qanunçuluğa və mehriban qonşuluq münasibətlərinə sadiqliyimizi təsdiqləyirik”, – deyə o yazıb.
Rodriqes Qayananın 1899-cu ildə Parisdə keçirilmiş arbitraj məhkəməsinin qərarının qanuni hesab edilməsi məqsədilə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsini pisləyib.
“127 il əvvəl ərazimizin əhəmiyyətli hissəsini bizdən məhrum etmək məqsədi daşıyan saxta Paris arbitraj qərarından sonra biz Qayana-Esskibo ilə bağlı Venesuelanın tarixi mövqeyini bir daha təsdiqləyirik”, – deyə o qeyd edib.