Bakı.Trend:
"SpaceX"in baş direktoru, amerikalı milyarder İlon Mask, "Anduril" şirkətinin təsisçisi Palmer Laki və ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç Pentaqonun "Meridian layihəsi" adlı, müharibə aparılmasının gələcək üsullarının öyrənilməsinə cavabdeh olan yeni strukturunun rəhbərliyinə daxil olacaqlar.
ABŞ KİV-in xəbərinə görə bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.
Layihə müharibələrin aparılmasının gələcək üsullarını öyrənəcək, həmçinin ABŞ-nin 2030, 2050 və 2100-cü illərdə ehtiyac duya biləcəyi silah və sistemlərin hazırlanması ilə məşğul olacaq.
"Axios" qeyd edir ki, bu, Maskın ABŞ Prezidenti Donald Tramp ilə mübahisəsindən və mayın sonunda Federal Hökumətin Səmərəliliyinin Artırılması Departamentindən (DOGE) ayrılmasından sonra Tramp administrasiyasında ilk təyinatıdır.