Bakı. Trend:
Tehran ABŞ-yə Qətər vasitəsilə Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı yeddi günlük plan təqdim edib.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə bildirib.
“İran ABŞ-yə Qətər vasitəsilə aydın yeddi günlük plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal gəmiçilik bərpa olunacaq. Seçim ABŞ-ındır”, - deyə o bildirib.
Əraqçinin sözlərinə görə, İranın planında nəzərdə tutulan yeddi günlük müddət ABŞ tərəfindən planın qəbul edildiyi andan başlayır və yeddinci gün Tehran Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq. O əlavə edib ki, planın tələbləri ABŞ-la anlaşma memorandumunda əksini tapan tələblərlə eynidir.