Bir müddət əvvəl Şuşaya səfər edən bəzi şəxslərin şəhərdəki qaya daşlarının, abidələrin üzərinə müxtəlif adlar və yazılar həkk etməsi ilə bağlı görüntülər yayılmışdı.
Yayılan məlumatlardan sonra həmin yazılar qaya daşlarının üzərindən silinib, yazıları yazan şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, qaya daşlarının üzərinə yazı yazan şəxs 23 yaşlı S.Z özü də şəhid qardaşıdır. O, əməlini etiraf edib və şəhidlərimizə qarşı hörmətsizliyə, abidələrə, mənəvi məna daşıyan qayaları korladığına görə peşman olduğunu bildirib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox vətəndaşlar tərəfindən tarixi və mədəni əhəmiyyət daşıyan Şuşanın təbiətinə və irsinə zərər vurulması tənqid edilib.
Xatırladaq ki, bənzər pozuntular bir müddət əvvəl İçərişəhərin qala divarlarına və Nizami kinoteatrının binasına qarşı da edilmişdi.