Bakı. Trend:
Türkiyə Superliqasının dördüncü turunun səfər matçında "Qalatasaray" "Başakşehir"ə 3:2 hesabı ilə qalib gəlib.
Qaliblərin heyətində Viktor Osimhen (16-cı dəqiqə), Lukas Torreyra (71) və Qabriel Sara (90) fərqləniblər.
Məğlub olan komandada isə Eldor Şomurodov (66, penalti) fərqlənib. Matçın 76-cı dəqiqəsində "Qalatasaray"ın müdafiəçisi Davinson Sançes topu öz qapısına göndərib. 8 dəqiqə sonra o, rəqib qapısına yol tapsa da, qol oyundankənar vəziyyətə (ofsayd) görə ləğv edilib.