Bakı.Trend:
İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə danışıqlar prosesinə qayıtmaq hələ də mümkündür, lakin bunun üçün Vaşinqton təzyiq siyasətindən əl çəkməlidir.
“Diplomatiyanı konstruktiv məcraya qaytarmaq tamamilə mümkündür. Bunun üçün ABŞ sadə bir həqiqəti dərk etməlidir: təzyiq işə yaramır”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
Əraqçi ABŞ administrasiyasını dialoqu hörmət prinsipi əsasında aparmağa, İranın hüquqlarını tanımağa və öz öhdəliklərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının hazırda İran hakimiyyəti ilə məsləhətləşmələr və görüşlər keçirməkdə maraqlı olmadığını bildirib.