Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə sözügedən kəndlərə ümumilikdə 18 ailə, 98 nəfər köçürülür.
Belə ki, Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə olmaqla 12 nəfər yola salınıb.
Xəbər yenilənəcək