Bakı. Trend:
Vaşinqton administrasiyası İrandakı nüvə proqramı probleminin danışıqlar yolu ilə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) keçirdiyi inspeksiyalar hesabına nizamlanması imkanından imtina etmir. Bunu ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
“Biz İranın nüvə proqramına danışıqlar və BAEA-nın inspeksiyaları yolu ilə son qoymaqda qəti qərarlıyıq”, - deyə o jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bu, [ABŞ Prezidenti Donald] Tramp administrasiyasının ilk gündən tutduğu xətt olub. Biz bu imkandan imtina etmirik”, - deyə Rayt əlavə edib.