Bakı. Trend:
Dövlət büdcəsindən maliyyələşən bəzi publik hüquqi şəxslərin rəhbər və müavinlərinin aylıq vəzifə maaşları müəyyən edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, dövlət orqanlarının və tabeliyində olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində fəaliyyət göstərən, dövlət adından yaradılmış və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərlərinin aylıq vəzifə maaşı 3 600 manat, rəhbər müavinlərinin aylıq vəzifə maaşı isə 3 115 manat müəyyən edilib.
Qeyd olunub ki, bu vəzifəli şəxslərin aylıq əməkhaqqı vəzifə maaşından və normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər ödənişlərdən ibarət olacaq.