Bakı. Trend:
“Məcburi köçkün” statusu olan şəxslər tərəfindən övladlığa götürülənlərə də bu status şamil ediləcək.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə müvafiq qaydalara edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu almış şəxslər tərəfindən övladlığa götürülənlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək