Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə avqustun 10-dan 16-dək aparılan minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 746 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 107 piyada əleyhinə mina, 25 tank əleyhinə mina və 614 digər partlayıcı sursat aşkar edilib.
Hesabat dövründə ümumilikdə 17 004 381 kvadratmetr, yəni 1 700,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA və bu fəaliyyətə cəlb olunmuş digər qurumlar tərəfindən davam etdirilir.