Millətlər Liqasında səfərdə Kipr, Bakıda Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Yığmamız qeyd olunan matçlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq.
Qeyd edək ki, yığma dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra "Dalğa Arena"da Farer adaları ilə üz-üzə gələcək.
N
SOYAD
AD
KLUB
1
Şərifova
Aytac
Trabzonspor (Türkiyə)
2
Əliyeva
Nərgiz
KDZ Eregli Spor (Türkiyə)
3
İsmayılova
Günay
Neftçi
4
Mirzəliyeva
Nigar
Zenit (Rusiya)
5
Məmmədova
Kamilla
Doğuş Gold Asya Spor (Türkiyə)
6
Hacıyeva
Nərgiz
Trabzonspor (Türkiyə)
7
Mollayeva
Manə
Neftçi
8
Əhmədova
Ayşən
PAOK (Yunanıstan)
9
Bakarandze
Kristina
Qalatasaray (Türkiyə)
10
Məmmədova
Diana
Yenisey (Rusiya)
11
Əliyeva
Coşqunə
Neftçi
12
Manya
Esra
Beşiktaş (Türkiyə)
13
Seyfəddinova
Vüsalə
Fomget GSK (Türkiyə)
14
Teymurova
Firəngiz
Neftçi
15
Acar
Yeliz
Fatih Vətən (Türkiyə)
16
Bozdağ
Peritan
Fatih Vətən (Türkiyə)
17
Dorofeyeva
Alina
Yenisey (Rusiya)
18
Cəfərzadə
Sevinc
Krasnodar (Rusiya )
19
Rəhimova
Sona
Girəsun Sanayispor (Türkiyə)
20
Məhsimova
Jalə
Amedspor (Türkiyə)
21
Rəhimova
Milana
Neftçi
22
Əliyeva
Aysun
Neftçi
23
Cəfərova
Fidan
Baku Juniors Football Club