Bakı.Trend:
İsrailin cənubunda, Eylat kurort şəhəri yaxınlığında zəlzələ baş verib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Eylat ərazisində baş vermiş zəlzələnin maqnitudası 4,5 olub. Yeraltı təkanlar başa çatıb, xəsarət alanlar barədə məlumat yoxdur”, – deyə hərbi qurumun bəyanatında bildirilib.
İsrailin 12-ci televiziya kanalının məlumatına görə, zəlzələ ilə əlaqədar ölkənin cənubunda, Eylat yaxınlığında yerləşən Ramon hava limanında uçuşlar müvəqqəti dayandırılıb. "Ynet" portalı daha sonra hava limanında uçuşların bərpa olunduğunu xəbər verib.