Azərbaycan 2025-ci ilin sonuna qədər Gürcüstana süd və qaymaq üzrə aparıcı təchizatçıya çevrilib.
Modern.az xəbər verir ki, Rusiya əhəmiyyətli fərqlə ikinci yerdədir.
Ümumilikdə keçən il Gürcüstana 22,7 milyon dollar dəyərində 19 672 ton süd və qaymaq tədarük edilib;
2024-cü illə müqayisədə bu, həcmdə 33,4%, pul dəyərində isə 36,4% artım deməkdir.
Əsas təchizatçı ölkələr: Azərbaycan: 5 milyon dollar, 6.018 ton Rusiya: 4 milyon dollar, 3.179 ton Polşa: 3.5 milyon dollar, 3.278 ton Fransa: 3.3 milyon dollar, 824 ton Belarus: 2.4 milyon dollar, 2.862 ton Türkiyə: 1 milyon dollar, 1.142 ton Almaniya: 846.000 dollar, 642 ton İran: 802.000 dollar, 503 ton Ukrayna: 640.000 dollar, 597 ton İtaliya – 560 min dollar, 333 ton.