Bakı.Trend:
İraqın cənubundakı Meysan əyalətində qızlar üçün nəzərdə tutulmuş məktəbdə xlor sızması nəticəsində azı 59 nəfər zəhərlənib. Onların vəziyyəti həyati təhlükə yaratmır.
Bu barədə əyalətin Səhiyyə İdarəsinin rəhbəri Əli Əl-Ələq “Al Mirbad” xəbər portalına bildirib.
Onun sözlərinə görə, məktəblərdən birində baş verən hadisədən sonra xəstəxanalara boğulma əlamətləri ilə müraciətlər daxil olub. Zərərçəkənlərin sayı 59 nəfərə çatıb və onların əksəriyyətinin vəziyyəti stabildir.
Əl-Ələq qeyd edib ki, həkimlər zərərçəkənlərə lazımi tibbi yardım göstəriblər. Onun sözlərinə görə, stasionar müalicə alanların əksəriyyəti artıq evə buraxılıb.
İraqın “Al Mayadeen” telekanalının məlumatına görə, zərərçəkənlər arasında məktəbli qızlarla yanaşı məktəb əməkdaşları da var.