Ermənistan Respublikasına və Cənubi Qafqaza sülh və sabitlik gətirmək Qərb dövlətləri üçün prioritet deyil.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri bölgədən sıxışdırmaq”, - Lavrov bildirib. O əlavə edib ki, Qərb artıq Yaxın Şərq, Kiyev və Balkanlardan sonra “yeni gərginlik ocağı” yaratmaq istəyir.
Rusiyalı nazir ümid edir ki, İrəvan təhlükəsizlik və milli müdafiə sahəsində suverenliyin itirilməsi təhlükəsindən xəbərdardır. Bu, NATO ilə dialoqun dərinləşməsi səbəbindən baş verə bilər.