Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasının XI turunda daha iki qarşılaşma baş tutub.
Turun oyun günündə “Şəfa” öz meydanında “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib. Digər görüşdə isə “Zirə” evdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra “Zirə” 19 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Qəbələ” 8 xalla 10-cu, “Şəfa” 5 xalla 11-ci, “Araz-Naxçıvan” isə 4 xalla sonuncu – 12-ci yerdədir.
Qeyd edək ki, XI tura sabah yekun vurulacaq.