Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp UFC-nin Prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb.
Bu barədə Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
“Böyük döyüşçü və mübariz insan olan Dana Uayta ABŞ prezidentinin mətbuat katibi vəzifəsini təklif etməkdən məmnunam”, – deyə Tramp yazıb.