Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.
Mərkəzdən Metbuat.az-a bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytında yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.İmtahanın adı
Tarix
1.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona,Peşə liseylərinin buraxılış imtahanı3 mart2.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona,Peşə liseylərinin buraxılış imtahanı10 mart3.Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona17 mart4.Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona7 aprel5.Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona21 aprel6.Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd12 may7.Azərbaycan dili imtahanı (dövlət dili kimi) 9 və 11-ci sinif, 2-ci cəhd30 iyunQeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.
DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.