Nazirlər Kabineti “Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı”nı təsdiqləyib.
Modern.az-ın xəbərinə görə, siyahı aşağıdakı kimidir:
Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı:
Ölkələr:
Amerika Birləşmiş Ştatları; Yaponiya; İsrail Dövləti;
Avropa Azad Ticarət Assosiasiyasına üzv olan ölkələr:
İslandiya Respublikası; İsveçrə Konfederasiyası; Lixtenşteyn Knyazlığı; Norveç Krallığı;
Avropa İttifaqına üzv olan və olmuş ölkələr: Almaniya Federativ Respublikası; Avstriya Respublikası; Belçika Krallığı; Bolqarıstan Respublikası; Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı; Çex Respublikası; Danimarka Krallığı; Estoniya Respublikası; Finlandiya Respublikası; Fransa Respublikası; Xorvatiya Respublikası; İrlandiya Respublikası; İspaniya Krallığı; İsveç Krallığı; İtaliya Respublikası; Kipr Respublikası; Latviya Respublikası; Litva Respublikası; Lüksemburq Böyük Hersoqluğu; Macarıstan; Malta Respublikası; Niderland Krallığı; Polşa Respublikası; Portuqaliya Respublikası; Rumıniya; Slovakiya Respublikası; Sloveniya Respublikası; Yunanıstan Respublikası;
Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi bağlamış ölkələr: Andorra Knyazlığı; San-Marino Respublikası; Türkiyə Respublikası.
Xarici (beynəlxalq) təşkilatlar: Ümumdünya Səhiyyə Təşkilatı; Avropa Dərman Agentliyi.