İtaliya nəhəngi "Yuventus"da çıxış edən Kənan Yıldızın bazar dəyəri qısa müddətdə 50 milyon avrodan 75 milyon avroya yüksəlib.
Metbuat.az xəbər verir ki, Kənan Yıldız bazar dəyəri ilə Türkiyə futbolu tarixinin ən dəyərli oyunçusu olub. Kənan Yıldızı keçən həftə bazar dəyərini 15 milyon avro artıraraq 60 milyon avroya çıxaran "Real Madrid"in ulduzu Arda Gülər izləyir.
"Yuventus" ilə 2023-cü ildə müqavilə imzalayan və o dövrdə 1 milyon avro dəyərində olan milli futbolçu, keçən iki ildə dəyərini 75 milyon avroya qədər artırmağı bacarıb. "Çelsi" və "Arsenal"ın yaxından təqib etdiyi Kənan Yıldız bu mövsüm "Yuventus"da 8 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Türkiyə futbol tarixinin ən dəyərli oyunçuları (Transfermarkt):
Oyunçu AdıDəyəri (Milyon Avro)İlKənan Yıldız752025Arda Gülər602025Hakan Çalhanoğlu452024Çağlar Söyüncü452021Orkun Kökçü352023Cengiz Ünder352018Arda Turan352015Ozan Kabak322020Ferdi Kadıoğlu302024Merih Dəmirəl302020