Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Metbuat.az-a FHN-dən bildirilib.
***
Bakıda güclü partlayış baş verib.
Metbuat.az xəbər verir ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti xidmətləri cəlb olunub.
Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.
***
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
***
Bakıda güclü partlayış baş verib.
Metbuat.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Bildirilib ki, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Əlavə məlumat veriləcək.