Metbuat.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
"Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını hələ də tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiymətinin yüksək olması və keyfiyyətdə paytaxtdan geri qalması da xarici turist cəlbinə təsir göstərir".
"Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq 1 miyon 81 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb".