Bakı. Trend:
Avropa İttifaqı Afrikada məcburi köçkünlərə və onları qəbul edən icmalara dəstək, həmçinin silahlı münaqişələrdən zərər çəkmiş ərazilərin əhalisinə yardım üçün 710 milyon avro ayıracaq.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində bildirib.
"Bütün Afrikada məcburi köçkünlər və onları qəbul edən icmalar üçün 800 milyon dollardan çox vəsait ayrıldığını elan etməkdən məmnunam. Həmçinin müharibədən zərər çəkmiş icmalara yardım göstəriləcək", – deyə o yazıb.
Onun sözlərinə görə, maliyyələşmə "Global Citizen" beynəlxalq təşkilatının 2026-cı il kampaniyası çərçivəsində təqdim olunur.