Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ-nin) Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edib. Modern.az xəbər verir ki, işə düzəlmək istəyən şəxs aşağıdakıları nəzərə almalıdır: Öhdəliklər:
Qiymətləndirmə sahəsində araşdırma və tədqiqatların aparılması, Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatların hazırlanması, Araşdırma və təhlil nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən təkliflərin verilməsi, Təhsilin bütün pillə və səviyyələrində nailiyyətlərin qiymətləndirilməsinə dair tövsiyənin hazırlanması, Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi, Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması, Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həlli üçün hipotezalar yarada bilmək bacarığı, Dataların təmizlənməsi və emala uyğun formaya salınması, Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, Məqalələr, tezislərin yazılması.Tələblər:
Data analitikası üzrə minimum 1 il iş təcrübəsi, Ümumi 3 ildən az olmayaraq iş təcrübəsi, Verilənlərin statistik təhlili və vizuallaşdırılması üzrə proqram təminatları ilə işləmək bacarığı (R və ya Python, Power BI, MS Excel, Powerpoint vs.), · Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, rus dili arzuolunandır, Analitik/kritik düşünmə, detallara diqqət və rəqəmlərlə işdən zövq almaq, Alqoritm qurma bacarığı və analitik-alqoritmik düşünmə qabiliyyəti, Effektiv ünsiyyət, komandada işləmək bacarığıİş qrafiki: 5 günlük (09:00 – 18:00)
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “mütəxəssis” qeyd edərək 15 avqust 2024-cü il tarixinə kimi [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.