Bakı. Trend:
Yeni versiyalı peyklərin orbitə buraxılması sayəsində "Starlink" peyk şəbəkəsinin ötürmə qabiliyyəti 2-3 il ərzində 100 dəfə artırılacaq.
Bunu "SpaceX" şirkətinin təsisçisi İlon Mask bildirib.
“Hazırda orbitdə 11 min peyk var. Bunlar əsasən V2 versiyalı peyklərdir. Biz V3 versiyalı peykləri orbitə buraxmağa yeni başlamışıq. V3 peyklərinin imkanları V2 ilə müqayisədə 10 dəfədən çoxdur və biz onların sayını da 10 dəfə artırmağı planlaşdırırıq. Beləliklə, iki-üç ildən sonra Starlink-in ötürmə qabiliyyəti indikindən 100 dəfə çox olacaq”, – deyə o, sahibkar Ron Baronla müsahibəsində bildirib.
Mask əlavə edib ki, Starlink peyklərinin növbəti versiyası olan V4, V3 peyklərindən 10 dəfə güclü olacaq.