Bakı. Trend:
ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemlərini məhv etmək məqsədilə zərbələr endirib.
Bu barədə ABŞ prezidenti Donald Tramp Floridada jurnalistin İranın Qeşm adası yaxınlığındakı zərbələrlə bağlı xəbərlərə münasibət bildirmək xahişinə cavab olaraq deyib.
“Biz miqyasına görə kiçik zərbələr endiririk”, – deyə D. Tramp bildirib.
“Onlar müəyyən sayda hava hücumundan müdafiə vasitələri qurmuşdular və biz onları təxminən 15 dəqiqəyə, bəlkə də 5 dəqiqəyə sıradan çıxardıq”, – deyə ABŞ lideri əlavə edib.
D. Tramp zərbənin nə vaxt endirildiyi barədə ətraflı məlumat verməyib.