Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Partiya 125 seçki dairəsinin hamısında namizəd irəli sürüb.
Modern.az-ın məlumatına görə, YAP-ın yeni siyahısı 2020-ci ildə keçirilən parlament seçkilərində açıqlanan siyahıdan əsaslı şəkildə fərqlənib.
Partiyanın qadın namizədlərinin sayı artıb. Belə ki, 2020-ci ildə YAP-dan 27 qadının namizədliyi irəli sürülmüşdüsə, budəfəki seçkilərdə 34 qadının namizədliyi dəstəklənib.
Ümumilikdə YAP-ın siyahısında olan 53 nəfərin namizədliyi əvvəlki seçkilərdə də irəli sürülüb. Beləliklə, hakim partiyanın namizəd siyahısı 57 faiz yenilənib.